Balıq küküsü

Mürəkkəb quruluşa malik xörək adıdır və Təbriz mətbəxində bu xörəyə daha çox üstünlük verilir. Resepti belədir: Balığın sümüksüz və maşında çəkilmiş ətinə ablumu, sarıkök və yumurta artırılıb başqa kükülər kimi bişirilir. (28, 308)
Balba
Balıqmütəncəmi
OBASTAN VİKİ
Göyərti küküsü
Göyərti küküsü — Azərbaycan mətbəxi və Türkiyə mətbəxinə aid qəlyanaltı. == Tərkibi == 6 ədəd yumurta, 60 qr göy soğan, 50 qr keşniş, 50 qr şüyüd, 60 qr – da yağ. Sous kimi bir stəkan xama yaxud qatıq hazırlanır. 2 diş sarımsaq, 2 qr duz. == Hazırlanma qaydası == Göyərtilər əvvəlcə suda yaxşıca yuyulur, sonra doğranılaraq qaba tökülür. İçərisinə təmizlənmiş göy soğan da əlavə edilir. Zövqdən asılı olaraq nanə də səpə bilərsiniz. Yağı tavaya tökdükdən sonra isinməsini gözləyin, göyərtini içərisinə tökün. Göyərtinin tam qovrulduğunu gördükdən sonra içərisinə çiy, qarışdırılmış yumurta əlavə edilir. Yeməyin bişdiyini gördükdən sonra onu dörd hissəyə ayırın və çevirib digər tərəfinin qızarmasını gözləyin.
Kürü küküsü
Kütüm küküsü
Kütüm küküsü — Azərbaycanın milli xörəklərindən biridir. Əsasən kütüm balığından hazırlanır. Abşeron və Azərbaycanın Lənkəran, Masallı, Səlyan, Neftçala rayonlarında daha çox bişirilir. Kütüm küküsü adətən sacda bişirilirdi. Texnologiyanın inkişafı ilə əlaqədar son illər daha çox qaz sobalarında, tavada da bişirilir. Süfrətə narşərabla və ya limon suyu ilə verilir. Sumaq da istifadə etmək olar. == Lazım olan ərzaqlar == Hisə verilmiş kütüm – 200 q. Göy və ya baş soğan – 35 q. Keşniş – 15 q.
Balıq
Balıqlar (lat. Pisces) – Orqanizminin bütün mərhələsində qəlsəmə ilə tənəffüs etmək xüsusiyyətinə malik olan çənəağızlı onurğalı su heyvan qruplarının sinifüstü. Balıqların əksəriyyəti bütün ömrü boyu qəlsəmələrlə, az qismi isə həm də atmosfer havası ilə tənəffüs edir. Bəzi növlərdə əlavə tənəffüs orqanları inkişaf etmişdir. Balıqlarda hərəkətli çənələr, tək və cüt üzgəclər əmələ gəlmişdir. Tək üzgəclərə bel, quyruq və anal üzgəcləri, cüt üzgəclərə isə döş və qarın üzgəcləri aiddir. Başın üstündə öndə bir cüt qoxu dəliyi yerləşir. Dərinin üzəri, adətən, pulcuqlarla örtülü olur. Bədən forması çox müxtəlifdir. == Təsnifatı == Sümüklü balıqlar sinfi Şüaüzgəcli balıqlar (Actinopterygii) yarımsinfi Qanoid balıqlar (Ganoidomorpha) infrasinfi Sümüklü balıqlar (Teleostei) infrasinfi Xoanlar (Sarcopterygii) yarımsinfi İkitənəffüslülər (Dipnoi) dəstəüstü Pəncəüzgəclilər (Crossopterygii) dəstəüstü Qığırdaqlı balıqlar sinfi Yastıqəlsəməlilər (Elasmobranchii) Bütövbaşkimilər (Holocephali) Akantodlar sinfi (nəsli kəsilib) Plakodermalar sinfi (nəsli kəsilib) Antiarchi yarımsinfi Arthrodira yarımsinfi Petalichthyda yarımsinfi Phyllolepida yarımsinfi Ptyctodontida yarımsinfi Rhenanida yarımsinfi tənəffüs sistemi su ilə qan damarları arasındakı xarici tənəffüs, qan ilə toxumalar arasındakı daxili tənəffüs olmaqla 2 hissədən ibarətdir.
Göy lobya küküsü
Yaşıl lobya küküsü və ya Göy lobya küküsü – Təbriz mətbəxinə aid göy lobya ilə hazırlanan bir növ kükü.
Yaşıl lobya küküsü
Yaşıl lobya küküsü və ya Göy lobya küküsü – Təbriz mətbəxinə aid göy lobya ilə hazırlanan bir növ kükü.
Ağ balıq
Ağ balıq (lat. Huso) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan cinsi.
Balıq-əsgərlər
Balıq anodontu
Balıq anodontu (lat. Anodonta piscinalis) — Anodonta cinsinə aid növ. Şirinsulu göl və çaylarda yayılır. == Xariçi görünüşü == Çanağları iri, oval, dairəvi və zəif şişkin olub, nazik divarlıdır. Çanaqları müxtəlif rəngə çalır. Təpəciyi az şişkin və dairəvidir. Çanağın üzərində zəif dalğalı qırışları olur. Çanağın uzunluğu 109, hündürlüyü 65, şişkinliyi 37 mm-ə qədər olur. Növ çox dəyişkənlidir. Dəyişkənlik həm ölçüsündə, həm də çanağın qalınlığında hiss olunur.
Balıq ehtiyatları
Balıq ehtiyatları — su hövzələrində məskunlaşan, istifadə olunan və ya istifadə oluna bilən balıq növlərinin, digər su heyvanları və bitkilərinin mütləq kütləsi. Ayrı-ayrı dəniz növlərinin ehtiyatları bir-biri ilə əlaqəli və kompensasiya yolları ilə "yüksələ və düşə" bilər. Məsələn, 1960-cı illərdə Atlantik okeanında mavi marlin şüaüzgəclisinin ovunda azalma müşahidə olunmuşdur. Bunun əvəzinə, yelkəntikən balıqların ovunda artım müşahidə olunmuşdur. Daha sonra 1970-ci illərin sonundan 1980-ci illərin sonlarına qədər yelkəntikən balıqların ovunda azalma yaşanmış, qılınc balıqlarının ovunda artım baş vermişdir. Nəticədə, marlinin ümumi ovlanma səviyyəsi kifayət qədər sabit qalmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Begg GA, Friedland KD and Pearce JB (1999) "Stock identification and its role in stock assessment and fisheries management: an overview." Fisheries Research, 43:1–8. Booke HE (1999) "The stock concept revisited: perspectives on its history in fisheries" Fisheries Research, 43 (1–3): 9–11. DOI:10.1016/S0165-7836(99)00063-6 Cadrin SX, Friedland KD and Waldman JR (2004) Stock Identification Methods : Applications in Fishery Science.
Balıq göl
Balıq Gölü Şərqi Anadolu regionunda, Aras Dağlarında yerləşən Türkiyənin ən yüksək göllərindən biridir. Ağrı ilində yerləşən və sahəsi 30 km² olan bu göl vulkan mənşəli göllərə aid edilir. Dəniz səviyyəsindən yüksəkliyi 2241 m, ən derin yeri isə 37 m-dir. Göl yaxınlığındakı kəndlərin əsas su mənbəyidir. Qidalanması qarışıq olub, əsas qidalanma mənbələrinə dağ qarlıq əraziləri, çaylar və yeraltı sular daxildir. Gölün ətrafında qartal, dovşan, şahin, kəklik, tülkü, canavar, bildirçin kimi heyvanlar yaşayır. Ağrı ilindən 60 km, Daşlıçay ilçəsindən isə 26 km uzaqlıqdadır. Bu ərazilər üçün sərt iqlim xarakterikdir. Qış uzun, yaz və yay isə qısa müddət davam edir. Burada 5 ay balıqçılıq buzlar qırılaraq həyata keçirilir.
Balıq kababı
== Tərkibi == Balıq əti (Nərə balığı) – 347q. Bitki yağı ( ya xama – 10q) – 5q. Baş soğan – 240q. Göy soğan – 32q. Pomidor – 100q. Limon – 1/5 ədəd . Narşərab – 5q. Sumaq – 1q. İstiot – 0,1q. Duz – zövqə görə.
Balıq pitomniki
Balıq pitomniki — balıqların süni yetişdirilməsi üçün pitomnik. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Balıq qızartması
Balıq südü
Balıq südü — ərzaqdır. İlk dəfə Çilidə peyda olubdu. Onu suya töküb həll edib içmək olar. == İstehsalı == Balıq südünü Santiyaqoda balıq sənayesində istehsal olunur. Onlar zavodda balıq südününü toz variantda istehsal edirlər. Məhsul balıq iyi vermir. Çilidə deyillər ki, balıq südünü iri buynuzlu mal-qaranın qidalanmasında istifadə etmək olar. Buna görə 1970-ci ildən başlayaraq Çilidə bu sahədə yeni dövr başlayır. Həmçinin dondurma və pendir istehsalında istifadə edilir.
Göy balıq
Göy balıq (lat. Ballerus ballerus) — Şüaüzgəclilər yarımsinfinə, Çəkikimilər fəsiləsi daxil olan balıq növü. == Təsviri == Bədən enlidir, yan tərəflərdən isə güclü sıxılmışdır. Bədəni boyunun üçdə biridir. Başı micvaridir. Başının yuxarı hissəsini tutan ağzı bir qədər yuxarı qalxır. Anusu nisbətən uzundur. Pulcuqları isə kiçik olur. Göy balıq xarici görünüş baxımından Porulara (lat. Ballerus sapa) bəzəsələr də, ağız quruluşu və pulcuqlarının balaca olması seçilirlər.
Kaluqa (balıq)
Kaluqa (lat. Huso dauricus) — Nərələr fəsiləsindən balıq, Ağ balıqlar cinsinə aid baliq növü. Amur çayı hövzəsində 55° ş.e və 34° ş.e arasında yerləşən bölgədə yaşayır. Onlsra hətta 50 metr suyun dərinliyində belə rastlamaq mümkündür. Maksimal qeydə alınmış uzunluğu 560 sm təşkil etmişdir. Olduqca əhəmiyyəli balıq növüdür. Sənaye əhəmiyyətlidir. == Təsviri == Uzunluqları 5,6 metr təşkil edir (6 metrlik keçmişdə olması ehtimal edilir), çəkisi 1 tondur. Ağzı ayparavari formaya malikdir. Birinci bel üzgəci olduqca iri olur.
Orda Balıq
Ordu-Balıq yaxud Qarabalsaqun (Çin dili: 回鶻單于城 pinyin: huígǔ dānyú chéng; anlamı: Uygur Tanhu qalası) — Uyğur Xaqanlığının aynı paytaxtını müdafiə edən qala. Uyğur Xaqanlığının paytaxtı o dövrdə Mubalik də adlanan Ordu-Balıq adlı şəhər olmuşdur. Qala ordu deyilən bir bürcdən ibarət idi. Bu bürc isə balıq deyilən ikinci bir bürcün daxilində idi. Bu qala sisteminə də Ordu-Balıq deyilir. Ordu-alıq sadəcə Türklərdə istifadə olunan qala sitilidir. Keçmiş türk dillərində balıq (بلق) qala şəhər mənasında işlənirdi.
Ordu-Balıq
Ordu-Balıq yaxud Qarabalsaqun (Çin dili: 回鶻單于城 pinyin: huígǔ dānyú chéng; anlamı: Uygur Tanhu qalası) — Uyğur Xaqanlığının aynı paytaxtını müdafiə edən qala. Uyğur Xaqanlığının paytaxtı o dövrdə Mubalik də adlanan Ordu-Balıq adlı şəhər olmuşdur. Qala ordu deyilən bir bürcdən ibarət idi. Bu bürc isə balıq deyilən ikinci bir bürcün daxilində idi. Bu qala sisteminə də Ordu-Balıq deyilir. Ordu-alıq sadəcə Türklərdə istifadə olunan qala sitilidir. Keçmiş türk dillərində balıq (بلق) qala şəhər mənasında işlənirdi.
Qurbağa balıq
Sincabı balıq
Sincabı balıq (lat. Sargocentron spiniferum) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin holosentrkimilər dəstəsinin holosentrlər fəsiləsinin sargocentron cinsinə aid heyvan növü.
Uzunbelüzgəc balıq
Uzunbelüzgəc balıq və ya amiya (Amia calva L.) — Amiekimilər dəstəsinin yeganə sağ qalmış növüdür. Amiekimilər (lat. Amiiformes) — Şüaüzgəcli balıqların Qığırdaqlı qanoidlər üst dəstəsinə aid dəstədir. Amielər (Amiidae) fəsiləsi bu dəstəyə daxil olan yeganə fəsilədir.
Xırda balıq
Xırda balıq - Clupeidae fəsiləsindən Sprattus cinsinə aid yiməli balıqlara verilən ümumi addır. Bu termin həmçinin bir sıra digər kiçik balıq növləri (Clupeoides, Clupeonella, Corica, Ehirava, Hyperlophus, Microthrissa, Nannothrissa, Platanichthys, Ramnogaster, Rhinosardinia və Stolothrissa) üçün istifadə olunur. Əksər kimi, hamsi çox aktiv, kiçik, yağlı balıqdır. Onlar böyük təbəqə digər balıqlarla səyahət edir və gün ərzində fasiləsiz üzməkdədirlər. Bu balıqlar qida dəyəri ilə tanınırlar, çünki onların tərkibində insan pəhrizində faydalı hesab edilən çoxlu yağlar var və dünyanın bir çox yerində yeyilir. Hamar dadı ilə tanınır və körpə sardinalarını səhv salmaq asandır.
Liza (balıq)
Liza (lat. Liza) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinə aid heyvan cinsi.
Çəki (balıq)
Cyprinus (lat. Cyprinus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinə aid heyvan cinsi. Cinsə daxil olan növlərin böyük əksəriyyəti Çinin cənubu və Cənub-Şərqi Asiyada yayılmışdır. Cinsə daxil olan iki növ xüsusi ilə seçilir. Onlardan birincisi Adi çəki və ya karp olaraq adlandırılır. Onların arealı iki hissədən ibarətdir:Qara, Xəzər və Aral dənizləri və Uzaq Şərq regionları. Bu növ Şimali Amerika, Avstraliya və Avrasiyanın müxtəlif ərazilərinə köçürülmüşdür. İkincisi isə gümüşü karp 1970-ci illərdə Balxaş gölündən ABŞ və Kanadaya aparılmışdır. Sümüklərin bolluğu səbəbiylə amerikalılar onu yemirlər və təbii düşmənləri də az olduğundan sayları sürətlə çoxalır. Böyük Göllərdəki gümüşü karplar yerli balıqları məhv etməsi təhlükəsi törətdiyindən çaylarda elektrikli sədlər qoyuluir.